Kassa proqramında ölçü vahidlərinin istifadəsi məhsulun fərqli ölçü vahidləri ilə satılmasını təmin edir. Məsələn, aptekdə dərman qutu və ya list şəklində satıla bilər, marketdə isə pampers qutu və ya ədəd kimi satıla bilər.

Kassa proqramında ölçü vahidlərinin istifadəsi aşağıdakı kimi həyata keçirilir:

  1. Məhsulun Ölçü Vahidləri:

    Məhsul üçün iki fərqli ölçü vahidi təyin oluna bilər (məsələn, qutu və ya list). Bu vahidlər admin panel də qeyd olunur.

  2. Susmaya görə Ölçü Vahidi:

    Kassa ayarlarında məhsul səbətə əlavə olunarkən susmaya görə hansı ölçü vahidi ilə düşəcəyini təyin etmək mümkündür. Bu ayar, məhsulun hansı vahid ilə avtomatik olaraq satışa çıxacağını müəyyən edir.

  3. Ölçü Vahidinin Dəyişdirilməsi:

    Məhsul səbətə əlavə olunduqdan sonra, səbətdəki məhsulun yanındakı vahid seçimi düyməsinə tıklayaraq ölçü vahidini dəyişdirmək olar. Bu halda, məhsul digər ölçü vahidi ilə satıla bilər.

  4. Satışın İcra Edilməsi:

    Seçdiyiniz ölçü vahidi ilə məhsul satışını tamamlamaq üçün adi qaydada əməliyyatları icra edin.

Bu proses, müxtəlif ölçülərdə satılan məhsulların idarə olunmasını asanlaşdırır və müştərilərə daha dəqiq seçim imkanı verir.

units-1.gif